Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət və tənzimlənmə tədbirlərinin operativ, şəffaf və daha səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə “1003 - Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti də fəaliyyət göstərəcək.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşlarının, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti, göstərilən xidmətlərlə bağlı vətəndaşlar öz şikayət və təkliflərini, qanunazidd hallarla bağlı müraciətlərini Agentliyin (010) 200 10 03 nömrəsinə “WhatsApp” vasitəsilə də ünvanlaya bilərlər.
Daxil olan məlumatlar (yazılı, görüntülü və ya səsli) təhlil edilərək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun qanunvericilik çərçivəsində icrası təmin ediləcəkdir.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı