Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Belə ki, Agentliyin əməkdaşları Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən fiziki şəxs Bayraməliyev Rövşən Musa oğluna məxsus ərzaq mağazasında yoxlama keçirib. Yoxlama zamanı mağazada istifadə müddəti ötmüş ümumi çəkisi 127 kq olan 31 adda müxtəlif əmtəə nişanlı qida məhsulları aşkar edilib. Qanunvericiliyin tələbləri çərçivəsində mağaza rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, istifadə müddəti ötmüş 127 kq ərzaq məhsulunun satışı qadağan edilib və satışdan kənarlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.