Ayaq göbələyi nəmlik və istilik olan mühitlərdə tez inkişaf edən bir problem olduğu üçün onun müalicəsi diqqətli yanaşma tələb edir.
Foodinfo.az xəbər verir ki, ayaq göbələyinə qarşı təsirli olan bir neçə təbii vasitə var.
Bunlardan biri sirkə və sudan ibarət ayaq vannasıdır. Sirkənin turşuluq səviyyəsi göbələyin inkişafını məhdudlaşdırır və qaşıntını azaldır.
Çay ağacı yağı da ayaq göbələklərinə qarşı təsirlidir. Antibakterial və antifungal xüsusiyyətləri olan bu yağ göbələyi öldürməyə və iltihabı azaldmağa kömək edir.
Həmçinin sarımsaq da təbii antifungal təsirə malikdir və göbələklə mübarizədə faydalı ola bilər.
Ayaqları quru saxlamaq və pambıq corab geyinmək göbələyin yayılmasının qarşısını alır.