
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha
102 nəfər sağalıb,
58 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
Foodinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
40 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
37 827 nəfər müalicə olunaraq sağalıb,
590 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı
1 702-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
5 496, bu günə qədər isə ümumilikdə
1 110 279 test icra olunub.