Bakıda həddindən artıq spirtli içki qəbul edən orta yaşlı kişi zəhərlənib. Foodinfo.az APA-ya istinadən xəbər ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Vüqar Məmmədov adlı şəxs yolun kənarında huşsuz vəziyyətdə aşkar edilərək Respublika Toksikologiya Mərkəzinə gətirilib. Müayinə zamanı onun həddən artıq spirtli içki qəbul edərək zəhərləndiyi məlum olub.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.