Bakıda ticarət mərkəzində bloger Hüseyn Həsənovun şəhər sakinlərilə görüşü əks olunan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması əks olunur.
Foodinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.
"Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir", - məlumatda qeyd olunub.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB