Bütün bambuk növləri yeyilə bilməz, yalnız cavan bambuk gövdələri yemək üçün yararlıdır.

Foodinfo.az xəbər verir ki, bambuk tumurcuqları xüsusilə Çin, Yaponiya və Tayland mətbəxində geniş istifadə olunur. Onlar şorbalara, tərəvəz yeməklərinə və qızartmalara əlavə edilir.

Lakin həkim-dietoloqlar xəbərdarlıq edirlər ki, bambuku çiy halda yemək təhlükəlidir. Tərkibində zərərli maddələr ola biləcəyi üçün gövdələr əvvəlcə soyulmalı, daha sonra isə mütləq qaynadılmalıdır.

Həmçinin, dekorativ məqsədlə yetişdirilən bağ bambuklarının əksəriyyəti qida üçün uyğun deyil.

Hazırda mağazalarda bambuk əsasən konservləşdirilmiş halda satılır və üzərində “bamboo shoots” və ya “bambuk gövdəsi” yazılır.

Düzgün hazırlanmış bambuk gövdələri təhlükəsizdir, lakin yanlış növ və ya çiy bambuk sağlamlıq üçün risk yarada bilər.