Dünyanın ikinci dalğasına hazırlaşdığı koronavirusun bir əlamətlə müəyyən edilməsi təəccüb doğurub.
Foodinfo.az "Sabah"- a istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Arif Şanlı deyib.
Onun sözlərinə görə, koronavirus qulaqda sinir hüceyrələrinə təsir edir, bu da başgicəllənmə ilə nəticələnir:
“Pandemiya zamanı başgicəllənmə müşahidə etsəniz, bunun COVID-19-la əlaqəli ola biləcəyini nəzərinizdə tutun”.
Alim bildirib ki, koronavirus qana qarışa bilən, beyin toxumasına nüfuz edən və sinir sistemini zədələyən virusdur:
“Dərhal sinirə yayıla bilir. Onun dad və qoxubilmə pozğunluğuna səbəb olması sırf sinir sisteminə təsirindən qaynaqlanır”.
O qeyd edib ki, ən geniş yayılan əlamətləri hərarət, quru öskürək, yorğunluq olan koronavirus bəzən əlamətlərini bildirmir.