Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 636 nəfərdir. Ötən müddət ərzində 1 milyon 331 min 287 test aparılıb. Bugünkü test sayı isə 11 813-dür