Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Foodinfo.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 44 min 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 791 nəfərdir. Ötən müddət ərzində 1 milyon 218 min 935 test aparılıb. Bugünkü test sayı isə 9 133-dür.