Avqustun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Foodinfo.az-a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.