Xüsusilə həzm və immunitet sistemini gücləndirən kefir ürək xəstəliklərindən xərçəngə qədər bir çox xəstəliyin müalicəsində çox faydalıdır. Xüsusi mayadan istifadə edilərək südün qıcqırdılması ilə əldə edilən kefirin faydaları saymaqla bitməyəcək qədər çoxdur. Həmçinin kefir sabunu da sağlamlıq üçün çox faydalı hesab olunur.
Foodinfo.az xəbər verir ki, kefir sabunu antioksidan xüsusiyyətlərə malikdir. Tərkibində faydalı bakteriyalar var. Bu faydalı bakteriyalar da dəridəki yaralara və ekzemaya yaxşı təsir edir. Bu sabun B vitaminləri ilə zəngin bir məhsuldur.
Dəridəki sərbəst radikalları sakitləşdirən və tarazlaşdıran xüsusiyyətə malikdir. O həm də bədən istiliyini tarazlaşdıra bilir.
Kefir sabununun dəri ilə yanaşı saç üçün də faydalı olduğu bilinir. Bu sabun dəridəki ekzema, sədəf, saç dərisindəki quruluq və nəmlik balansı itmiş dərinin PH xüsusiyyətini bərpa etmək üçün çox faydalıdır.
Çox gözəl qoxusu olan və boyalı sabunlardan uzaq durmaq lazımdır. Ətir həmişə sabundakı pis yağ qoxusunu örtmək üçün nəzərdə tutulub. Önəmli olan sabunun tərkibindəki işləyən yağlar, xammaldır.