"3 aya yaxındır ki, uşaqlar arasında rotavirus yayılıb. Bu virus daha çox qış və yaz aylarında müşahidə edilir. Xəstəlik bağırsaq infeksiyasıdır və bağırsaqda ishala səbəb olur. Lakin tənəffüs yollarının iltihabını da yarada bilir. Bir sözlə, qripə də bənzəyir".
Foodinfo.az xəbər verir ki, bunu açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.
Həkim əlavə edib ki, ümumilikdə qusma, ishal, hərarət bu virusun göstəriciləridir: “5 yaşa qədər uşaqlar bu xəstəliyə qarşı daha həssasdırlar. Lakin 2 yaşa qədər körpələr bu xəstəliyi ağır keçirirlər. Bu da gündəlik qusma və ishalın səbəb olduğu maye itkisi ilə əlaqədardır. Hərarətin isə çox yüksək olması xarakterik deyil. Bu xəstəlik daha çox bağça yaşlarında uşaqlarda olur. Bağçalarda tibbi müayinələr olmalı və xəstəliyin simptomları görülən uşaqlar bağçalara buraxılmamalıdır. Virusun yayılmasının qarşısını bu cür almaq mümkündür. Bu məsələdə valideynləri daha məsuliyyətli olmağa çağırırıq”
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı