Fevralın 17-nə avtomobil yollarında vəziyyəti açıqlanıb.
Foodinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevral ayının 17-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Xankəndi-Xocavənd, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli Göyçay-Ucar, Xaldan-Mingəçevir magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?