Bu səhvləri insanların əksəriyyəti edir. Beləliklə, yeməkdən sonra nə etmək olmaz?
1. Yeməkdən dərhal sonra çay içmək olmaz. Çayın tərkibində olan bəzi maddələr qidada olan zülalların və xüsusilə dəmirin mənimsənilməsinə mane olur. Bu səbəbdən maddələr yaxşı mənimsənilmir və insan hətta tam normal qidalandıqda onun orqanizmində bu vacib maddələrin defisiti yarana bilər.
2. Yeməkdən dərhal sonra meyvə yeməyin. Bu həzm proseslərinin ləngiməsinə, köpə və qarın ağrılarına səbəb ola bilər. Meyvələri qida qəbulları arasında yemək yaxşıdır.
3. Yeməkdən dərhal sonra çimmək və ya duş qəbul etmək olmaz. Bu da həzm proseslərinə mənfi təsir edir.
4. Yeməkdən sonra siqaret çəkmək olmaz. Ümumillikdə bu çox pis vərdişdir. Lakin həkimlərin fikrinə görə yeməkdən dərhal sonra çəkilmiş 1 siqaret orqanizmə 10 siqaret kimi ziyan vurur.
5. Yeməkdən sonra yatmaq olmaz. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.
Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır. Bu isə orqanizmin intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Gecə saatlarında mədə, bağırsaqlar, qaraciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, həddindən artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.