Diz ağrısı bir çox insanın əziyyət çəkdiyi problemlərdən biridir. Səbəbi irəliləyən yaş, travma, çəki, idman zədələri və şişlər kimi müxtəlif amillərə görə dəyişə bilər. Təbii ki, onların hər biri üçün müalicə prosesi də fərqlidir. Foodinfo.az dözülməz diz ağrılarını aradan qaldırmaq üçün təbii ağrı kəsici qidanı təqdim edir:
Bu gün çox istifadə edilməyən quyruq yağı sağlamlıq üçün çox faydalı yağlar arasındadır. Əslində quyruq yağının faydaları İbn Sinanın yazdığı kitablarda da qeyd olunur. Bu yağ tez-tez zərərli kimi xatırlansa da, heyvani yağlar arasında ən sağlamı hesab olunur. D vitamini ilə zəngin olan bu yağ diz ağrılarını sağaldır.
Sağlam yağlar bədən funksiyalarının düzgün işləməsi üçün çox mühüm yer tutur. Bu sağlam yağlardan biri də quyruq yağıdır.
Ancaq ağır qoxusu və dadına görə bu yağ əksər insanlar tərəfindən seçilməsə də, təsirləri ilə az qala möcüzələr yaradır. Mütəxəssislər tərəfindən miqdarına diqqət edərək istehlak edilməsi tövsiyə edilir.
Araşdırmalar heyvan yağları arasında ən sağlamı olduğu müəyyən edilən quyruq yağının tərkibində omeqa yağ turşuları, kalium, kalsium və dəmir olduğunu göstərib.
Xalq arasında don yağı kimi də tanınan quyruq yağı, xüsusilə bəzi yeməklərə dad vermək üçün istifadə edilir.
Məlumdur ki, gənc yaşlarında kifayət qədər quyruq yağı qəbul edən insanlarda qocalıqda oynaq pozuntuları daha az olur.
Xüsusilə diz ağrısı, oynaq mayesi və qığırdaq itkisindən əziyyət çəkənlər üçün quyruq yağı tövsiyəsini tibb alimi İbni Sina da söyləmişdir.
Quyruq yağı heyvanların quyruq hissələrində və ət arasında olur. Qida sənayesində istifadə edilən quyruq yağı əsrlər boyu istehlak edilmişdir.
Quyruq yağı istifadə etmək üçün iki fərqli əsas üsul var. Bunlardan birincisi kabab kimi məhsullarda quyruq yağını ətlə qarışdırmaqdır.
Başqa bir üsul isə yemək inqrediyentlərindən əvvəl tavaya qoyulan yağ əvəzinə quyruq piyini tamamilə əritməkdir.
Quyruq yağının istehlakı əzələ və sümük inkişafına kömək edir. Qida olaraq istehlak edilməsi ilə yanaşı, quyruq yağının xaricdən istifadəsi də təsir göstərir.
Tərkibindəki D vitamini sayəsində diz ağrılarınada yaxşı təsir edir. Ona görə də bəzi insanlar bu yağı kremə çevirib bədənə çəkərək istifadə edirlər.
Quyruq yağının faydaları aşağıdakılardır:
• Bu yağ inkişaf çağında olan uşaqlarda sağlam əzələ və sümük inkişafını təmin edir.
• Qan təzyiqini balanslaşdırmağa kömək edir.
• Gərginliyi tarazlıqda saxlayır.
• Damar tıxanmasına qarşı qorunma təmin edir.
• Ürək-damar xəstəlikləri riskini azaldır.
• Sinir sisteminə müsbət və yumşaldıcı təsir göstərir.
• Revmatizm və iflic riskini minimuma endirir.
• İmmunitet sisteminin həmişə viruslara, infeksiyalara və sərbəst radikallara qarşı davamlı olmasını təmin edir.
• Quyruq yağı dəri hüceyrələrini bərpa etməyə də kömək edir.