Bəzi vicdansız istehsalçılar dondurmaya sağlamlıq üçün təhlükəli olan maddələr əlavə edirlər. Məsələn, heç bir faydası olmasa da, dondurmaya yağlılığı artırmaq üçün palma yağı əlavə olunur.
Foodinfo.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq danışıb.
Həkim etiketə diqqət etməyi tövsiyə edib və bildirib ki, məhsul bitki kremindən və ya süd yağının analoqundan hazırlanırsa, başqa bir markaya üstünlük vermək daha yaxşıdır.
“Belə adlar altında palma yağı gizlədilir, qida rasionumuza trans yağları gətirir, bu, orqanizmdə iltihabi proseslərin inkişafını sürətləndirir və ateroskleroza səbəb ola bilər. Dondurmada belə yağların və şəkərin birləşməsi çox təhlükəli qarışıqdır”, - diyetoloq xəbərdarlıq edib.
Onun fikrincə, dondurulmuş meyvə-tərəvəz şirələrini dadlandırıcı əlavə edilmədən almaq daha yaxşıdır
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı