Terapevt Elena Malışeva ən çox yayılmış növü olan döş xərçəngi haqqında bəzi yanlış fikirləri açıqlayıb.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, döş implantları döş xərçənginə səbəb olmur.
Onun sözlərinə görə, implantlarla döş xərçəngi arasında heç bir əlaqə yoxdur:
“1990-cı illərdə silikonun xərçəngə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən ABŞ-da döşlərdə plastik əməliyyatlar bir neçə il qadağan edilib. 90-cı illərin ortalarında ABŞ-da və bütün dünyada silikon protezlərin quraşdırılmasında böyük təcrübə başlayıb”.