"Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub". Foodinfo.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib. "Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".