Ötən gün Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. Hadisənin restoranlardan birində keçirilən iftar süfrəsi zamanı baş verdiyi ehtimal edilir.
Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 10 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, kütləvi zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu