
Günəş işığı sağlamlıq üçün vacib təbii mənbədir. Foodinfo.az bildirir ki, 10 dəqiqə günəşdə qalmaq D vitamini sintezini təmin edir. D vitamini sümük və diş sağlamlığında əvəzsiz rol oynayır. Günəş işığı immuniteti gücləndirir və depressiyaya qarşı təsirlidir. Qan təzyiqini tənzimləyib ürək-damar xəstəliklərinin riskini azaldır.
Metabolizmi sürətləndirərək piylərin əriməsinə kömək edir. Dəriyə parlaqlıq və elastiklik bəxş edir. Sinir sistemini sakitləşdirir və stressi azaldır. Qanda serotonin hormonunun səviyyəsini artırır. Gündəlik 10-15 dəqiqə günəş vannası tövsiyə olunur. Günəşin şüası dəridə təbii antibakterial təsir göstərir.
Xüsusilə səhər saatlarında günəşə çıxmaq məsləhətdir.