Həkim-virusoloq, tibb elmləri doktoru Anatoli Altşteyn isti havanın COVID-19 virusuna təsiri barədə açıqlama verib. Onun sözlərinə görə, yay mövsümünün başlaması ilə epidemioloji vəziyyət dəyişəcək, virusun yayılma sürəti azalacaq.
Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis virusun günəş şüaları altında məhv olacağını istisna edir, lakin yay mövsümü ilə əlaqədar insan orqanizmin immunitet potensialı artacaq ki, bu da öz növbəsində koronavirusa yoluxma riskini əhəmiyyətli dərəcədə azaldacaq.
A.Altşteyn əlavə edib ki, insanlar qış mövsümündə təbii olaraq qapalı məkanlara yığışır və bu amil xəstəliyin yayılması üçün daha əlverişli şərait yaradır, yayda isə əksinə, daha uzun sosial məsafə saxlanılır.