Gürcüstan qarabaşaq, düyü, sarımsaq və digər qida məhsulları üçün alternativ idxal bazarları axtarır. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, aprelin 12-dən iyunun 30-dək Avrasiya İqtisadi Birliyindən (Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan) bəzi qida məhsullarının ixracına qadağa qoyulub. Nazirlikdən bildirilib ki, bu qadağa Gürcüstan bazarında çatışmazlıq yaratmayacaq: “Bazarların diversifikasiyası üzərində iş aparılır. Hazırda ərzaq və ilkin tələbat qida məhsulları bir çox ölkələrdən idxal olunur. Bununla yanaşı, alternativ idxal bazarlarının tapılması istiqamətində danışıqlar da aparılır”.