Hazır bulyonların istifadəsi bəzi sağlamlıq riskləri daşıya bilər. Bu məhsulların tərkibində adətən yüksək miqdarda duz, dad artırıcı maddələr (məsələn, mononatrium qlutamat - MSG) və konservantlar olur.

Foodinfo.az xəbər verir ki, yüksək duz tərkibi qan təzyiqini artıraraq ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. 

MSG bəzi insanlarda baş ağrısı, ürəkbulanma və allergik reaksiyalar kimi problemlərə səbəb ola bilər. 

Bundan başqa, hazır bulyonlarda vitamin və mineral tərkibi təzə qidalara nisbətən aşağı olur. 

Sağlam qidalanma üçün təzə ət, tərəvəz və ya təbii otlardan evdə hazırlanan bulyonlardan istifadə daha məqsədəuyğundur.