Uşaqlar planşet və ya televizora baxaraq yemək yeməyə çalışırlar. Bu vəziyyət gələcəkdə həm ekran asılılığına, həm də piylənməyə səbəb ola bilər. Uşaqların sağlam böyüməsi üçün bu cür vərdişlərdən uzaq durmağı vacibdir. Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli pediatriya mütəxəssisi professor Onur Yılmaz deyib. Onun sözlərinə görə, uşaqların planşet və televizora baxaraq qidalanması halı onların gələcək sağlamlığı üçün ciddi təhlükə yaradır. “Uşaqlar daim yeməyə təşviq edilməli, lakin heç vaxt zorla yeməyə məcbur edilməməlidir. İlk olaraq onlara bəyəndikləri yeməklər verilməli, bəyənmədikləri yeməklərin isə faydaları izah edilərək tədricən dadılmalıdır. Yeməklər müəyyən miqdarda olsun. Valideynlərin ən çox etdiyi səhvlərdən biri də uşaqların planşet və ya televizora baxaraq yemək yeməsinə imkan yaratmasıdır” - deyə O.Yılmaz ailələrə xəbərdarlıq edib.