Alma sirkəsi ilə bal sağlamlığa çox faydalar verir. Bu ikisi birlikdə qəbul olunmalıdır. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, rusiyalı sağlam qidalanma mütəxəssisi bu iki vasitədən 1 ay istifadə edərək öz üzərində eksperiment keçirib. Təcrübəni edən şəxs bu metodu etməsindən peşman olmadığını bildirib. Bu qarışım oynaqlarda ağrı, iltihab, boğazda ağrı, xroniki ağrıları aradan qaldırıb. Mədə qıcqırması və yanması, qəbizlik yoxa çıxıb. Artıq çəkidən azad olub. Ağızdan pis qoxu çəkilib. Enerji çoxalıb, daha aktiv olub. Baş ağrıları azalıb.
Necə etməli?
Səhər oyanan kimi bir stəkan isti suya 1 çay qaşığı təmiz alma sirkəsi qarışdırıb, bura 1 çay qaşığı təmiz bal qatılır. Yaxşıca qarışdırıb, 5 dəqiqə gözlədin. Sonra kiçik qurtumlarla için. Bunu içdikdən sonra 500 ml ilıq suyu 1 saat ərzində hissə-hissə içib bitirin. Yalnız bundan sonra səhər yeməyi yeyin. Sirkə yumşaq sidikqovucu və qarınişlədicidir.