Foodinfo.az Axşam.az-a istinadən iftar süfrəsi üçün dünya mətbəxindən dadlı reseptlər təqdim edir: Latın pey Ərzaq: Mal əti- 500 qr. Soğan - 1 ədəd Doğranmış göbələk - 100 qr. Kök - 3 ədəd Ət suyu - 400 qr. Kartof - 5 ədəd Un - 100 qr. Soda - ¼ ç.q. Su - 0,5  stəkan Kərə yağı - 50 qr. Duz, istiot zövqə görə Hazırlanması: Doğranmış soğanı, göbələyi, kökü və ətləri qazana töküb, üzərinə ət suyu, duz və istiot əlavə edib, 1,5 saat vam odda qaynadın. Sonra təmizlənib, doğranmış kartofları əlavə edib, daha 20 dəqiqə bişirin. Kənarda una yağ, su və soda əlavə edib, xəmir hazırlayın. Sobaya yerləşəcək bir qab götürün. Xəmiri qabın üstünü örtəcək qədər böyük açıb, tavanın içinə yerləşdirin və ətli qarışığı içinə töküb, xəmirlə üstünü örtün. Sobada 40 dəqiqə bişirin. "Əlahəzrət" salatı Ərzaq: Qırmızı turp - 1 dəstə Yaşıl bibər - 2 ədəd Sirkə - 1 x.q. Mayonez - 6 x.q. Bişmiş yumurta - 1 ədəd Kərəviz, qara istiot və duz zövqə görə Hazırlanması: Turpları təmizləyib, dörd yerə bölün. Bibərləri uzunsov doğrayın. Üzərinə doğranmış kərəvizi, yumurtanı töküb, qarışdırın. Mayonezə sirkə qatıb, qarışığa əlavə edin. Duz, qara bibər səpib, soyuducuda 30 dəqiqə saxladıqdan sonra süfrəyə verin. Pizza Ərzaq: Xəmir üçün: Yumurta - 1 ədəd Yağ - 30 qr. Süd - 0,5 stəkan Maya - 0,5 ç.q. Un apardığı qədər İç üçün: Pomidor - 3 ədəd Yaşıl bibər - 1 ədəd Toyuq əti - 300 qr. Holland pendiri - 300 qr. Hazırlanması: Yumurta, süd, yağ və undan ibarət mayalı xəmir hazırlayıb, acımasını gözləyin. Xəmirdən pizzanı bişirəcəyiniz tavaya uyğun bir parça götürü, yayın. Kənarda qabığını soyduğunuz pomidorları, qaynadılmış toyuq ətini və bibəri xırda doğrayın. Yaydığınız xəmirin üstünə töküb, duz, istiot səpib, sobaya qoyun. Bişdikdən sonra pizzanı çıxarıb, üzərinə sürtgəcdən keçirilmiş Holland pendiri əlavə edib, yenidən sobaya qoyun. 5 dəqiqə sonra çıxarın.