Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 438,178 min ton dənli və dənli paxlalılar istehsal olunub.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə dənli və dənli paxlalıların sayı illik müqayisədə 6,3 % çoxdur. 

İşğaldan azad edilmiş ərazilərdəki dənli və dənli paxlalıların 93,5 %-i və ya 409,671 min tonu Qarabağ iqtisadi rayonunda, 6,5 %-i və ya 28,507 min tonu isə Şərqi Zəngəzur iqtisadi rayonda istehsal edilib. 2022-ci ildə Qarabağ iqtisadi rayonunda dənli və dənli paxlalıların istehsalı 5,1 %, Şərqi Zəngəzur iqtisadi rayonunda dənli və dənli paxlalıların istehsalı isə 28,2 % artıb.