Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 398,306 min iribuynuzlu mal-qara olub.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə iribuynuzlu mal-qaranın sayı illik müqayisədə 2,6 % çoxdur. 

İşğaldan azad edilmiş ərazilərdəki iribuynuzlu mal-qaranın 76,4%-i və ya 304,462 mini Qarabağ iqtisadi rayonunda, 23,6 %-i və ya 93,844 mini isə Şərqi Zəngəzur iqtisadi rayonun payına düşüb. 2022-ci ildə Qarabağ iqtisadi rayonundakı iribuynuzlu mal-qaranın sayı 1,4 %, Şərqi Zəngəzur iqtisadi rayonundakı iribuynuzlu mal-qaranın sayı isə 6,8% artıb.