Yağlı qaraciyər – qaraciyər hüceyrələrində həddindən artıq yağ yığılması ilə xarakterizə olunan bir vəziyyətdir.

Foodinfo.az AQTİ-yə istinadla bildirir ki, qaraciyərinizdə yağlanma problemi varsa, kalori qəbulunu məhdudlaşdırmaq və tədricən çəki itirmək qaraciyərdəki yağ miqdarını azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər. 

• Ağ çörək, makaron və şəkərli qidalardan uzaq durun, tam buğda çörəyi, yulaf, qəhvəyi düyü, bulqur, lobya və mərci kimi mürəkkəb karbohidratlara üstünlük verin.

• Qırmızı ət, işlənmiş qidalar, marqarin və qızartmalardan çəkinin. Avokado, zeytun yağı, çərəzlər, toxumlar və yağlı balıqlar kimi tərkibində doymamış və omeqa-3 yağ turşuları olan qidaları seçin.

• Yağsız toyuq, balıq, yumurta, paxlalılar, az yağlı süd məhsulları və tofu kimi sağlam zülal mənbələrini, bol miqdarda meyvə-tərəvəzi rasionunuza daxil edin.

Qaraciyər yağlanmasının qarşısının alınmasında fiziki aktivlik olduqca önəmlidir.

Mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik.