Uzun müddət ərzində istidə olduqdan sonra insanların əkəsriyyəti tez sərinlənmək üçün buz kimi soyuq su içirlər.
Lakin bu çox təhlükəli fəsadlara gətirib çıxarda bilər.
Saglamolun.az xəbər verir ki, istidə qan damarları genişlənir, soyuq suyun təsirindən isə onlar anı sıxılır. Bu da nəticədə ürək tutması və hətta infarkt və insulta səbəb ola bilər. Bu xüsusilə yaşlı və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Bunları nəzərə alaraq mütəxəssislər isti havada otaq temperaturunda olan suyu içməyi tövsiyə edirlər.