İnsanlar bəzən öz həyətlərində başqasının heyvanını (məsələn, it, pişik), nadir hallarda isə başqa əşyalarını görür, yaxud tapır. Bəs bu halda özünə aid yerdə tapılan əşya sahibinə qaytarılmalıdırmı?

Foodinfo.az xəbər verir ki, qanunvericiliyə əsasən əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir.