Beynəlxalq Əmək Təşkilatının ekspertləri karantin tədbirlərinin uzadılacağı təqdirdə, 1,6 milyard insanın sosial vəziyyətinin kəskin pisləşəcəyini bildirib. Foodinfo.az Modern.az-a istinadən xəbər verir ki, 1,6 milyard insandan 305 milyonu iş yerini itirəcək. Ən çox zərbəni iqtisadiyyatın qeyri-formal sahələri hiss edəcək. Dünya iq tisadiyyatının işçi qüvvəsinin yarısını itirmək təhlükəsi də bura əlavə olunub. Epidemioloji böhran başlayandan dünyadakı qeyri-rəsmi işçilər gəlirlərinin 60%-ni– Afrikada gəlirlərinin 81%-ni, Asiya-Sakit okean hövzəsində 21,6%, Avropa və Mərkəzi Asiyada isə 70%-ni itiriblər. Onlar bir qismi dövlət yardımı və alternativ mənəb olmadan sağ qalmağa çalışır. Ona görə də Beynəlxalq Əmək Təşkilatı iqtisadiyyatın pandemiyadan ən ağır zərər görmüş sektorlarına, xüsusən, kiçik biznesə dəstək verməyə çağırıb.