Kartof püresi damarların divarlarında lövhə meydana gəlməsinə səbəb olan bədəndəki patoloji prosesləri sürətləndirə bilər.
Bu barədə qidalanma üzrə rusiyalı məsləhətçi, nutrisioloq Marisa Mur danışıb. Mütəxəssisin sözlərinə görə, sağlam yeməyə yağ, qaymaq, süd, xama və ya qaymaqlı pendir əlavə etməklə onu “yağlı bombaya” çeviririk. Nəticədə kartof püresi yeyən adamın xolesterin səviyyəsini yüksəlir.
Bədəndə çox xolesterin meydana gəldikdə, damarlar lövhə ilə tıxanır. Bütün orqanları oksigen ilə təmin etmək üçün ürək daha sürətli işləməyə başlayır, bu da ürəyin daha çox işləməsinə gətirib çıxarır.Xatırladaq ki, bu yaxınlarda almaniyalı qastroenteroloq, professor Tomas Frilinq bağırsaq mukozasına zərər verən qidaların siyahısını açıqlamışdı. Mütəxəssisin fikrincə, şokolad, marmelad və müxtəlif xəmir yeməklərini azaltmaq lazımdır. Mayonez və marqarin isə qida rasionundan tamamilə xaric edilməlidir. (Publika.az)