Çobanyastığına bənzəyən bu bitkinin yarpaqları ilə yanaşı, budaqlarından və köklərindən də istifadə edilir.
Kataral bitkisinin tumurcuqları damarlı və otlu yabanı gövdəsi qəhvəyi rəngdədir. Çirkinləri gözəlləşdirən bitki kimi tanınan bu bitki dərini qidalandırır, qırışları yox edir.
Foodinfo.az soyuqdəyməyə də yaxşı təsir edən kataral bitkisinin digər faydalarını təqdim edir.
Bu bitki isti iqlimlərdə yetişdirilir.
• Kataral qusma və ishala səbəb ola biləcəyi üçün əsasən xaricdən istifadə olunur. Kataral otunu zeytun yağında qaynatdıqdan sonra iflic olan yerə sürtsəniz, effektini tez bir zamanda görmüş olarsınız.
• Onu qaynadıb suyu ilə qarqara etməklə diş ağrılarını kəsə bilərsiniz.
• Üz və dəriyə tətbiq olunarsa, dərini qidalandırar və üzü gözəlləşdirər. Dəridəki kobudluğu və qırışları aradan qaldırmağa kömək olar.
• Anginaya da çox yaxşı təsir edir. Bunun üçün onu qaynadıb qarqara edə bilərsiniz.
• Mədə xəstəliklərinə qarşı da faydalıdır.
• Bronxitin müalicəsində də kömək edir.
• Həzmi asanlaşdırır.
• Daimi istifadə edildikdə bədənə güc verir. Öskürəyi və bəlğəmi kəsir.
• Revmatizm ağrılarını aradan qaldırmağa kömək edir.
• Ağciyərləri təmizləməyə kömək edir.
• Qrip infeksiyalarında istifadə olunur.
Kataral otunun zərərləri varmı?
Dəli çobanyastığını dozasından artıq istifadə etsəniz, ishal və qusma kimi yan təsirlərə səbəb ola bilər. Bu səbəbdən kataral otunun daxili istifadəsi tövsiyə edilmir. Ən çox xaricdən istifadə olunur.