Gündəlik həyatda yaranan gərginlik və stress yalnız gəzinti və meditasiya ilə deyil, düzgün qidalanma ilə də yüngülləşdirilə bilər. Foodinfo.az xəbər verir ki, dietoloq Lyudmila Denisenko bildirib ki, bəzi məhsullar bədənə enerji verir və psixikanı dəstəkləyir.
Ekspertin sözlərinə görə, ən tanınmış və dadlı “anti-stress” məhsullarından biri tünd şokoladdır. Gündəlik 40 qram (təxminən 4–5 parça) tünd şokolad endorfinlərin – “xoşbəxtlik hormonlarının” – ifrazını stimullaşdırır və yorğun bədənə enerji verir.
Dietoloq əlavə edib ki, müxtəlif kələm növləri, məsələn, Brüssel kələmi, ağ kələm və brokoli də psixi sağlamlıq üçün faydalıdır. Bu bitkilər sinir gərginliyini və depressiyanı azaltmağa kömək edən maddələr, həmçinin orqanizmdə fermentlərin yaranmasını stimullaşdıran və xərçəng hüceyrələrinin böyüməsini əngəlləyən kükürd birləşmələri ehtiva edir.
Denisenko həmçinin tövsiyə edib ki, rasiona kök, sarımsaq, şirin kök (meyan kökü), yağlı balıq, çobanyastığı çayı, qoz-fındıq və giləmeyvələr daxil edilsin. Bu məhsullar həm bədəni gücləndirir, həm də zehni rahatlamağa kömək edir.






