Amerikanın Merilend ştatının Hagerstaun şəhərinin sakini keçmiş sevgilisini kiber təqiblərə məruz qoyub və iki gün ərzində ona 815 dəfə zəng edib. Nəticədə o, məhkəmə qarşısına çıxarılıb. Foodinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Qərbi Virciniya prokurorluğu məlumat yayıb.
44 yaşlı Derik Ueyn Bowers sosial şəbəkələrdə mesajlar, telefon zəngləri və mesajlar vasitəsilə keçmiş sevgilisini sıxışdırıb və qorxudub. 48 saat ərzində 815 dəfə zəng vurub.
Bundan əlavə, bir neçə ay ərzində amerikalı qadına minlərlə təhqiredici mesaj göndərib. O, sosial şəbəkələrdə keçmiş sevgilisini aşağılayıb. Bowers günahkar bilinərsə, onu 5 ilə qədər həbs gözləyir.
Fərid