COVID-19 ilə xəstələnmiş bir çox insan “uzunmüddətli koronavirus”la üzləşir. Belə olanda xroniki xəstəliklərin müxtəlif simptomları və iltihabları azı altı ay ərzində davam edə bilər. Buna görə də, ümumi vəziyyət yaxşılaşdıqdan, temperatur aşağı düşdükdən dərhal sonra analizlər vermək daha yaxşıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Texnologiya Təşəbbüsünün “Healthnet” işçi qrupunun rusiyalı eksperti Andrey Lomonosov tövsiyə verib.
Onun sözlərinə görə, uzunmüddətli COVID-19-un qarşısını almaq üçün leykosit formulası ilə ümumi qan analizi, C-reaktiv zülal və D-dimer üçün analizləri verilməlidir.
Lomonosov bildirdi ki, ümumi qan analizi bədənin baza prametrləri haqqında ümumi məlumat verir.
“C-reaktiv zülal yüksəlirsə, bu, iltihabın davam etdiyini göstərir. Halbuki, bu zaman, temperatur yüksək olmaya bilər. Buna görə, arxayınlaşmaq üçün hələ tezdir”, - deyə o, əlavə edib.
Həkim D-dimer analizinin vacibliyini də vurğulayıb.
“D-dimer analiz, bədənin qan laxtalarının aktiv şəkildə məhv olduğunu göstərir. Belədirsə, deməli, məhv ediləcək nəsə var”, - deyə ekspert bildirib.
Lomonosov xəbərdarlıq edib ki, əgər nəticələr normadan kənara çıxırsa, dərhal həkimə müraciət edilməlidir.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər