Mətbəx və hamam krantlarında, duş başlıqlarında əmələ gələn ərplər baxımsız və çirkli bir görünüşə səbəb olur. Krantları nə qədər təmizləsəniz də, inadkar ərplərdən qurtula bilmirsinizsə, bunun üçün təsirli həll yolları var. Ərpləri hər evdə tapılan materiallarla təmizləyə bilərsiniz.

 Foodinfo.az bu materialları sizə təqdim edir:

SODA

Karbonat bir çox sahədə olduğu kimi krantların təmizlənməsində də etibarlı şəkildə istifadə edə biləcəyiniz təbii materiallar arasındadır. Fırçanın köməyi ilə krantları təmizləyərkən bu materialdan istifadə edə bilərsiniz. Fırçanın üzərinə tökdüyünüz soda ilə krantı yaxşıca sürtün və sonra soyuq su ilə yuyun. Ərp qalıqlarının yox olduğunu görəcəksiniz.

LİMON

Tərkibindəki turşu sayəsində limon krantlarda yığılan ərp kimi çöküntülərin təmizlənməsində təsirlidir. İstifadə olunmuş limonla krantların sürtülməsi həm iqtisadi, həm də praktiki krant təmizləmə üsuludur. Bu prosesdən sonra krantı soyuq su ilə yaxalamağı unutmayın. Daha parlaq bir görüntü əldə etmək üçün krantı duruladıqdan sonra bir parça ilə qurulaya bilərsiniz.

SİRKƏ

Sirkə də limon kimi yüksək təmizləyici təsiri olan təbii materiallardandır. Krantı sirkə ilə təmizləyə bilərsiniz. Sirkə turşu quruluşuna görə krantdan ərp və çöküntüləri təmizləməyə kömək edir. Sodanın üzərinə tökülən sirkə reaksiya yaradır, obyektin daha yaxşı təmizlənməsinə imkan verir. Eyni zamanda tıxanmış krant filtrlərini açır.

DİŞ PASTASI

Krantınız qızılı və ya bürünc deyilsə, onu diş pastası ilə təmizləyib parıldada bilərsiniz. Pastanı krantın üzərinə sıxdıqdan sonra yumşaq bir parça ilə yaxşıca ovuşdurun. Bir neçə dəqiqə sürtdükdən sonra krantı yuyun və bir parça ilə qurudun.