Limonlu su bədəndə metabolik prosesləri sürətləndirmək üçün sadə və təsirli üsuldur. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Nina Anisimova məlumat verib. Onun sözlərinə görə, limon C vitamini ilə zəngindir və bu, yağların parçalanmasına kömək edir. “Səhərlər ilıq limonlu su içmək orqanizmi toksinlərdən təmizləyir”, – deyə həkim bildirib.

Mütəxəssis əlavə edib ki, bu vərdiş həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini stimullaşdırır. Limonlu su iştahı da tənzimləyir və arıqlamağa kömək edir. Həmçinin, dərinin parlaqlığını artırır və immuniteti möhkəmləndirir. Qəbulu üçün yarım limonu 200 ml ilıq suya sıxmaq kifayətdir. Gün ərzində 1-2 dəfə içmək məsləhətdir.

Təbii və əlçatan detoks vasitəsidir.