Vətəndaşların ictimai nəqliyyatda maskalardan istifadə etməməsi ilə bağlı cərimələr müzakirə olunur. Foodinfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müzakirələr başa çatandan sonra qərar veriləcək: "Maskalardan istifadə etməməklə bağlı cərimə ola bilər. Onun mexanizmi hazırlanacaq ki, ilk xəbərdarlıqdan sonra olsun, ikincidən və s. Bu barədə məlumat veriləcək”.