İstər sənaye, istərsə də ev mətbəxlərində qidaların təhlükəsiz hazırlanması üçün riayət edilməli olan bəzi qaydalar var.
Foodinfo.az bu yazıda əməl ediləmli qaydaları təqdim edir:
Yemək hazırlamağa başlamazdan əvvəl əllər təmiz yuyulmalıdır.
Əldəki kəsiklərin və ya yaraların tamamilə sarğı ilə örtüldüyünə əmin olun. Yara yoluxmuşsa, mətbəxdən uzaq durun.
Mətbəxdə gigiyenanı təmin etmək üçün istifadə olunan bütün cihaz və avadanlıqlar təmiz olmalıdır. Bu təmizləmə nəzarətləri, xüsusən də müəssisələr, müəyyən aralıqlarla testlərlə qeyd edilməlidir.
Mətbəxlərdə istifadə olunan qab-qacaq, süngərlər yaxşı təmizlənməlidir.
Zibil torbaları sıx bağlanıb və diqqətlə atılmalıdır.
Çiy ətin hazırlanmasında istifadə edilən bıçaqlar digər qidaların çirklənməsinin qarşısını almaq üçün təmizlənməlidir.
Gigiyena üçün vərdişlər olmalıdır və bu vərdişlər qorunmalıdır.
Mətbəxlərdə kağız dəsmallardan istifadə edilməli və ya bu məqsədlə istifadə edilən bezlər yüksək temperaturda yuyulmalıdır.
Mətbəxdə çoxlu sayda təmiz qablar saxlanmalı, qidaların sağlam şəraitdə hazırlanması üçün çiy və bişmiş ət məhsulları üçün ayrı qablardan istifadə edilməlidir. Əks halda, çiy ət məmulatlarında rast gəlinən zərərli bakteriyalar bişmiş qidaları çirkləndirə bilər.
Çiy ət məhsulları bişməzdən əvvəl bakteriyaları təmizləmək üçün yuyulmamalıdır. Bakteriyaları yalnız 72 ºC-də bişirməklə məhv etmək olar.
Nəm mətbəx paltarları bakteriyaların çoxalması üçün uyğun mühit yaradacağı üçün bunlar həftədə bir dəfə paltaryuyan maşında isti su ilə yuyulmalıdır.
Yuyucuda yığılan qida qalıqları rütubətli mühitdə bakteriyaların çoxalması üçün ideal mühit yaratdığından vaxtaşırı olaraq xlorlu su və ya təmizləyici vasitələrlə yuyularaq dezinfeksiya edilməli, təmizlənməlidir.
Fərqli yeməkləri kəsmək üçün müxtəlif təmiz bıçaqlardan istifadə edilməlidir.
Yeməyin çirklənməsinin qarşısını almaq üçün konservanı açmazdan əvvəl qabın qapağı yuyulmalıdır. Hər istifadədən sonra konserv açarının ağzı yuyulmalıdır.