Gündəlik qidalanmada edilən kiçik səhvlər uzun müddətdə böyük sağlamlıq problemlərinə yol aça bilər. 

Foodinfo.az xəbər verir ki, yanlış seçimlər həm çəki artımına, həm də ürək-damar, şəkər və həzm sistemi xəstəliklərinin yaranmasına səbəb olur.

1. Səhər yeməyini buraxmaq

Orqanizm günə enerjisiz başlayır, bu da gün ərzində həddindən artıq yeməyə gətirib çıxarır.

2. Çox duz və şəkər istifadəsi

Duz təzyiqi artırır, şəkər isə piylənmə və diabet riskini yüksəldir.

3. Hazır və işlənmiş qidalara üstünlük vermək

Cips, qazlı içkilər, fast-food orqanizmə boş kalori, trans yağ və konservant yükləyir.

4. Meyvə-tərəvəzi az yemək

Lif, vitamin və mineral çatışmazlığı yaranır, immunitet zəifləyir.

5. Axşam ağır yeməklər yemək

Gec qəbul edilən yağlı və kalorili yeməklər həm həzmi çətinləşdirir, həm də yuxu keyfiyyətini azaldır.

6. Yetərincə su içməmək

Susuzluq bədənin bütün funksiyalarına mənfi təsir göstərir, böyrəklərə yük salır.

7. Monoton qidalanma

Həmişə eyni qidaları yemək bədəndə bəzi vitamin və mineral çatışmazlığına səbəb olur.

Sağlam qalmaq üçün müxtəlif və balanslı qidalanma, təbii məhsullara üstünlük vermək, duz-şəkəri azaltmaq və gün ərzində kifayət qədər su içmək vacibdir. 

Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan qidalanma uzunmüddətli xəstəliklərin əsas səbəblərindən biridir.