Hazırda hətta fermer məhsullarında da müxtəlif texnologiyalar, meyvələrin xarici görünüşü və ömrünü uzadan toksiki maddələr, üzərinə parafin və s. istifadə olunur. Meyvəni həyətdə dərmansız yetişdirib, yemədiyiniz və hər şeyi bazar-marketdən aldığınız üçün istənilən tərəvəz və meyvələri yeməzdən əvvəl zərərsizləşdirmək barədə düşünməlisiz. Foodinfo.az medicina.az-a istinadən Rusiyalı həkim dietoloqların toksiki, kimyəvi maddələri necə zərərsizləşdirmək barədə məsləhət, metodlarını təqdim edir:
- Alma, heyva, armud kimi qabıqlı yeyilən və görünüşü cəlbedici olsun deyə meyvələri parafin plyonka ilə örtürlər. Parafini isti su ilə belə yumaq çətindir. Ona görə market meyvələrinin qabığını qaşıyın və ya nazik soyub sonra yeyin.
- Quru meyvələr, gavalı, qaysı, xurmanı isə mütləq isti su ilə yuyub sonra yeyin. Onları qazla texniki işləyirlər, o qaz da çöküntü kimi qalır. Eləcə də məhsulun görünüşünü yaxşılaşdırmaq üçün qliserin çəkirlər.
- Göyərtilərdə, kələm, ispanaq, kahı, kök, çuğundur, kərəvizin kök hissəsində nitrat qalıqları çox olur. Ona görə torpaqdan çıxan hissəsi bir xeyli kəsilib atılmalıdır.
Xiyarın isə hər iki ucu kəsilməlidir.
- Kök, kələmi suda qaynadarkən qazanın qapağını bağlamayın, nitratlar su qaynayanda buxarlanıb çıxmalıdır.
- Sitrus meyvələrini təhlükəli konsentrat difenillə işləyirlər ki, meyvənin üzəri kiflənməsin. Bu maddə orqanizmə düşdükdə, allergik tutma, öskürək, göz iltihabı, qaraciyər və böyrəklərin toksiki zədələnməsi baş verə bilər.
Bu maddənin olub-olmamasını yoxlamaq asandır. Stəkana su alıb, meyvəni orda yuyun. Suyun üzərində benzin kimi rəngli ləkələr, dairələr əmələ gələcək. Ona görə sitrus meyvələrini də isti su ilə yuyub, qabığını soyaraq yeməlisiz.