“Qida təhlükəsizliyi haqqında” qanunun qəbul olunması çox vacibdir. Hazırda qanunun üzərində iş gedir və yaxın vaxtlarda parlamentə təqdim ediləcək”. Foodinfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Qanun layihəsi ilə bağlı ekspertlərin fikirlərində müəyyən uyğunsuzluqlar var. Bu məsələ də yaxın vaxtlarda həllini tapacaq”, - o bildirib.