
Nanə çayı həzm sistemini sakitləşdirir, qarın ağrısı, qaz və köp kimi narahatlıqları azaldır. Eyni zamanda əsəbləri sakitləşdirərək stressi və gərginliyi yüngülləşdirir. Yuxudan əvvəl içildikdə rahat yuxuya getməyə kömək edir.
Foodinfo.az xəbər verir ki, soyuqdəymə və qrip zamanı boğaz ağrısını və burun tıxanıqlığını azaltmağa kömək edən mentol tərkibli çaydır.
Ağız qoxusunu aradan qaldırmaq üçün də faydalıdır, çünki antibakterial təsir göstərir. Bəzi hallarda baş ağrısını yüngülləndirir.
Lakin çox istifadə edildikdə mədə turşusunu artıra və reflü simptomlarını gücləndirə bilər.
Hamilə qadınlar və dərman qəbul edən şəxslər həkimlə məsləhətləşərək istifadə etməlidirlər. Ümumilikdə, düzgün miqdarda istifadə edilən nanə çayı sağlamlıq üçün faydalı seçimdir.