Bananın tərkibində xeyli faydalı mikroelement var və onun qida dəyəri yüksəkdir. Ancaq Sohu yazır ki, onu bəzi qidalarla istemal etdikdə orqanizmə güclü zərər dəyə bilər.

Banan, arxiv şəkli

Məsələn, hazırda Çindən kənarda da xeyli populyar olan Hami yemişi ilə banan yeyərkən qanda kalium ionları artır, bu isə ürək əzələsinin zəifləməsinə, böyrək çatışmazlığına, oynaq xəstələliklərinə, nəbzin yavaşımasına səbəb olur.

“Belə qida seçimi orqanizmə böyük ziyan vurur, hətta bəzən insanı öldürə də bilir”, - müəllif yazır. Bildirilir ki, dalaq və mədə funksiyaları pozulmuş insanlara bananla süd-qatıq məhsullarını birlikdə yemək olmaz: bu, mədədə ağrı, diareya, həzm sistemində digər problemlər yarada bilər. Təəccüblü olsa da, bananla batatı (şirin kartof) birlikdə yeyənlər də var. Hər iki qida liflərlə zəngin olduğundan həzm prosesini xeyli ləngidir, bu isə qarında şişkinlik əmələ gətirir. “Bu ərzaqlar birgə yeyildikdə qida mədə-bağırsaq yollarında uzun müddət qalır. Bu, turşu reflyuksu və digər xoşagəlməz simptomlar yaradır, hətta ağır hallarda xroniki intoksikasiyaya səbəb olur”, - Çin portalı yazır. Ancaq əgər adıçəkilən ərzaqlari yemək istəyirsinizsə, heç olmasa aralarında ən azı 30 dəqiqə fasilə edin. Məqalə müəllifi bildirir ki, bananı acqarına yemək olmaz. Tam yetişməmiş banan da ziyandır. Üstəlik, bananı soyuducuda saxlamaq da məsləhət deyil: “Soyuducunun aşağı temperaturu meyvənin qabığının qaralmasına, lətinin isə sıyığa dönməsibə səbəb olur. Eyni zamanda banan dadını və qida dəyərini itirir”.