Çiyələk mövsümündə hamı bu lətif, dadlı meyvədən fürsət ikən bol yeməyə çalışır.
İtaliya alimləri araşdırma zamanı aşkar ediblər ki, çiyələk qadınlarda süd vəzi xərçənginə qarşı təsir edir.
Alimlərin fikrinə görə, sevimli giləmeyvə metastazların inkişafına səbəb olan genlərin aktivliyini azaltmaq xüsusiyyətə malikdir.
Öna görə şişlərin metastazına qarşı çiyələk yemək olar.
Çiyələk həmçinin damarları möhkəmləndirir və qanda xolesterinin səviyyəsini aşağı salır
Amma bu meyvənin faydası olduğu kimi, əks təsiri də var.
Foodinfo.az çiyələkdən uzaq durmalı şəxslərin siyahısını təqdim edir:
1.Hamilə və südverən qadınlar – çiyələk allergen olduğu, xüsusən indi satışda olan əksər çiyələklər istixana və dərmanlı məhsul olduğu üçün həm ana, həm uşaq üçün təhlükəlidir. Bir çiyələklə 2 can təhlükə altına düşə bilər.
2. 3 yaşına kimi uşaqlara – mədə-bağırsaq pozulması, zəhərlənmə, allergiya verir
3.Böyrək xəstəliyi olanlara – çiyələk daş yaradır. Böyrəyində daş, qum. iltihab olanlarda vəziyyəti ağırlaşdıra bilər
4.Qastrit və xorası olanlar – çiyələkdə çox miqdarda salisil spirit var. O, mədənin selikli qişasını zədələyir. Ona görə qastriti və xoraın daha da aça bilər. Çiyələkdə olan çoxlu qara toxumlar qişaya ilişib qalaraq, onu aşılaya bilər.
5.Yüksək təzyiq dərmanları qəbul edənlərə - Bu tip dərmanlarlarla eyni gündə çiyələk yeməj olmaz. Enapril adlı təzyiq dərmanı ilə birgə çiyələk böyrəklərin işini ağırlaşdırır, süzməni pozur.
6.Dişlərində kariyes olanlar - Dişi çürük, oyuq və zədəli olanlarda çiyələk və qara toxumları ikiqat çürümə verəcək.
Çiyələyi acqarına yemək olmaz. Çiyələk yedikdən sonra ağız ilıq su ilə yaxalanmalıdır. Yaxşı olar ki, çiyələk süd və ya qaymaqla birgə yeyilsin.