Mütəxəssislərin fikrincə, bu qarışıq xolesterolu balanslaşdırmaq istəyənlərin yeni sevimlisinə çevrilib. 

Foodinfo.az xəbər verir ki, ürək-damar sağlamlığı ilə birbaşa əlaqəli olan xolesterin ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Yüksək xolesterol səviyəsi zamanla damarların tıxanmasına və ciddi ürək xəstəliklərinə səbəb ola bilər. Bu səbəbdən bir çox insan xolesterolu balanslaşdırmaq üçün tibbi müalicələrlə yanaşı təbii üsullara da müraciət edir. Son zamanlar məşhur olan reseptlərdən biri də sarımsaq qabığı və limon qarışığıdır.

Adətən atılan sarımsaq qabıqlarının əslində sağlamlıq üçün çox faydalı birləşmələr ehtiva etdiyi bildirilir. Antioksidantlar, fenolik birləşmələr və detoksifikasiya edən maddələr bu qabıqlara bədəni toksinlərdən təmizləməyə kömək edir və pis xolesterin kimi tanınan LDL səviyyəsini aşağı salır.

Həmçinin, sarımsağın tərkibindəki allisin maddəsi uzun müddətdir ki, xolesterolu salan təsiri ilə tanınır.

Limon isə zəngin C vitamini ilə immunitet sistemini dəstəkləməklə yanaşı, qaraciyəri canlandıran limon turşusu sayəsində qanı təmizləməyə və yağ balansını qorumağa kömək edir. 

Bütün bu xüsusiyyətlər bir araya gəldikdə, təbii xolesterolu balanslaşdıran bir resept ortaya çıxır.

Bu sadə, lakin təsirli resept həm tətbiqi, həm də sağlamlıq faydaları ilə seçilir:

- 4-5 diş sarımsaq qabığı 

- 1 limon qabığı və suyu

- 2 stəkan su

Sarımsağın və limonun qabıqlarını qaynar suya əlavə edib təxminən 10 dəqiqə qaynadın. Ocaqdan aldıqdan sonra limon suyunu əlavə edin. 

Müntəzəm istifadə ilə bu təbii qarışığın xolesterol səviyyələrini tarazlaşdırmağa kömək edə biləcəyi bildirilir. Bununla belə, xroniki xəstəlikləri olan və ya müntəzəm dərman istifadə edən insanlara bu cür reseptləri tətbiq etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşmələri tövsiyə olunur.