Meqa plovun hazırlanması Özbəkistan Müdafiə Günü bayramına həsr edilib
Özbəkistanın Denau rayonunun Surxandərə bölgəsində 46 aşpaz 8 ton plov hazırlayaraq yeni rekord müəyyənləşdiriblər.
Plovun hazırlanması üçün nəzərdə tutulan 8,8 tonluq qazan Daşkənddən gətirilib. Meqa plovun hazırlanması Özbəkistan Müdafiə Günü bayramına həsr edilib. Xatırladaq ki, ötən il  8 sentyabr tarixində Qines kitabının nümayəndələri Daşkənd ənənəvi Mədəniyyət Festivalında ən böyük plovu qeydə almışdılar. Yeməyin xalis çəkisi 7360 kiloqram təşkil etmişdi.
(FaktXeber)